Baş nazir dövlətə müftə çalışacağını açıqladı

bas-nazir-dovlete-mufte-calisacagini-aciqladi
Oxunma sayı: 679

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Monti indiki şəraitdə maaşdan imtina etməyin ən düzgün qərar olduğunu açıqlayıb. Baş nazir bildirib ki, hazırda avrozonada ən çox dövlət borcu olan(1.9 trillion avro)İtaliyada vəziyyəti nəzarətə alacağını deyib.

Montinin təqdim etdiyi, büdcə xərclərinin 30 milyard avroya qədər ixtisara salınmasını nəzərdə tutan plan vergi və təqaüd yaşının artımını, həmçinin pensiyaların indeksləşdirməsinin praktik olaraq ləğvini nəzərdə tutur. Bundan başqa, hökumət əmlaka da vergi qoymağı, 2012-ci ilin payızından isə ƏDV-ni artırmağı planlaşdırır.

Səidə