Baş nazir əməkdaşlarla öpüşdü və işə başladı - Video

bas-nazir-emekdaslarla-opusdu-ve-ise-basladi-video
Oxunma sayı: 635

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, baş nazir dövlət dəftəxanasına gəlib və jurnalistlərə açıqlamasında bildirib ki, bugünki iş qrafiki çox gərgindir: “Mən ilk olaraq David Saqanelidze ilə, daha sonra Maya Pandjikidze, david Kirvalidze, İrakli Alasaniya ilə görüşüm var. Saat 13:00-da isə ABŞ-ın Gürcüstandakı səfiri gələcək”.

Onun sözlərinə görə, qeyd edilən görüşlərdən sonra hökumətin işgüzar toplantısı olacaq. Müəyyən işləri qaydasına qoyduqdan təxminən iki həftə sonra İvanişvili xaricə rəsmi səfərlər həyata keçirə biləcəyini deyib.

İvanişvilinin ilk iş günündə diqqət çəkən məqam isə onun, hətta xadimələrlə belə görüşməsi olub.