“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, Bidzina İvanişvili Saakaşviliyə prezident sarayını tərk edərək dövlət dəftərxanasında çalışmağı təklif edib.
Onun sözlərinə görə, Prezident Sarayının saxlanılması dövlət büdcəsinə çox baha başa gəlir: “Gürcüstanın bugünki iqtisadi durumundan çıxış edərək ölkənin birinci şəxsinin belə dəbdəbəli saraydan istifadə etməsini məqsədəuyğun hesab etmirəm. Saakaşvilinin işləri üçün dövlət dəftərxanasında onun üçün nəzərdə tutulan sahə də kifayətdir. Qoy o, (Saakaşvili) tənəzzül edərək dövlət dəftərxanasına qayıtsın və saraya xərclənən vəsait də qaçqınlara, imkansız vətəndaşlara və Gürcüstanın strateji inkişafına xərclənsin”.
İvanişvili onu da qeyd edib ki, özü də gələcəkdə prezident sarayından istifadə etməyəcək və işlərini hazırda işlədiyi Dövlət dəftərxanasında davam etdiəcək.