Baş nazir Türkiyəni ittiham etdi

bas-nazir-turkiyeni-ittiham-etdi-
Oxunma sayı: 649

“Qafqazinfo”nun “Milliyet” qəzetinə istinadən xəbərinə görə, İraqın vitse-prezidenti Tariq Haşiminin bu ölkəyə sığınmasını tənqid edən Maliki deyib ki, Türkiyə bölgədə düşmən halına gəlir.

İraq haqqında həbs qərarı olan vitse-prezident Tariq Haşimin uzun müddətdir Türkiyədədir.

Haşimi Rəcəb Tayyib Ərdoğan və Türkiyəyə səfər edən İraqın şimalındakı bölgə idarəçiliyinin lideri Bərzani ilə bəzi rəsmi görüşlər keçirib.

Baş nazir Ərdoğan da dünən İraqda yaşayan hadisələrlə bağlı, “baş verənlər çox da xeyirli əlamətlər deyil” deyib.