Baş nazirdən sürücülərə şad xəbər

bas-nazirden-suruculere-sad-xeber-
Oxunma sayı: 652

Nazirlər Kabinetindən “Qafqazinfo”ya verilən məlumata görə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"na bəzi bəndlər əlavə edilib. Belə ki, bundan sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 35.2-ci maddəsində, nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin ediləcək.

Həmçinin, şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən, daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin ediləcək.

Nigar Məmmədli