Baş nazirdən uşaqlar üçün şad xəbər

bas-nazirden-usaqlar-ucun-sad-xeber
Oxunma sayı: 648

Türkiyə baş naziri Ərdoğanın təlimatına uyğun olaraq “Kəndə dönüş” layihəsi çərçivəsində hər məhəllədə parklar və velosiped yolları salınacaq. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Ekologiya və Şəhərsalma Nazirliyi Məclisin təsdiqləməsindən sonra yeni memarlıq planlarında bunları nəzərə alacaq.

Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alan Ərdoğanın bir neçə gün öncə uşaqlara “uşaqlarımızı beton yığınlarına deyil, parkları olan şəhərlərə əmanət edəcəyik” müjdəsinin ardınca belə bir layihə hazırlanıb. Layihəyə görə, bütün şəhərlərdə kənd, məhəllə parkları salınacaq və park sahəsi göstərilməyən bələdiyyələrin planları təsdiqlənməyəcək.