“Qafqazinfo”un Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, Sara Netanyahu evlərində işləyən filippinli xidmətçiyə zor tətbiq edib.
İsrailin “Kanal 2” televiziyasına müsahibə verən xidmətçi qadın Sara Netanyahunun üç həftə əvvəl onu döydüyünü, nəticədə xəsarət aldığını deyib. Fillipinli qadın həmçinin bildirib ki, baş nazirin xanımı onu ölkədən qovmaqla da hədələyb.
İsrail hökuməti isə bu xəbərin yalan olduğunu söyləyib. Bundan əvvəl Sara Netanyahunun əsəbiliyi, xidmətçilərə pis davranması və israfçı olması barədə də dəfələrlə xəbərlər yayılmışdı.