Baş Prokurorluq Şuraabaddakı silahlı insidentlə bağlı açıqlama yaydı

bas-prokurorluq-suraabaddaki-silahli-insidentle-bagli-aciqlama-yaydi
Oxunma sayı: 640

Baş prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dərhal faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və Xızı rayon prokurorluğu və rayon Polis şöbəsi əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

"İsti izlər"lə həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat- axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətmiş rayonun Zarat kənd sakini Məhərrəm Heybətov müəyyən edilərək yaxalanıb. Tədbirlərini davam etdirən istintaq-əməliyyat qrupu M.Heybətov tərəfindən gizlədilmiş mərhuma məxsus avtomaşının və cinayətin aləti olan bir ədəd ov tüfənginin yerini də aşkar edərək götürüb.

M.Heybətov ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib. Ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.