Baş qərargah rəisi yaşını azaldır

bas-qerargah-reisi-yasini-azaldir
Oxunma sayı: 668

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 1950-ci il təvəllüdlü general doğum tarixinin 1951 yazılmasını tələb edib. “Agence France-Presse” agentliyi generalın cavanlaşmaq arzusunu mayda hərbi xidmət üçün yaş həddinin başa çatmasıdır. Doğum tarixi dəyişdirilərsə Sinqx Hindistan ordusuna daha bir il rəhbərlik edə biləcək. General bu addımını onunla izah edib ki, bunu postda qalmaq üçün deyil, öz şərəfini qorumaq üçün edir. Bunu əvvəllər niyə etməməsi ilə bağlı sualları isə cavabsız buraxıb.

Baş Qərargah rəisi sübut kimi məktəb attestatını məhkəməyə təqdim edib.

Qeyd edək ki, Müdafiə Nazirliyi bütün sənədlərdə 1950-ci ildə doğulduğunun göstərildiyini əsas gətirərək bir vaxtlar bu sənədi tanımaqdan imtina etmişdi.


Səidə