Başsız musiqimizin zarıyan üzeyirləri

bassiz-musiqimizin-zariyan-uzeyirleri
Oxunma sayı: 720

Bu vaxt şoka düşən juri nümayəndəsi dərhal həmin qızı otaqdan qovdu. Qızin: “a-a-a, başa düşmədim, mən neylədim ki?”, sualı ilə təəccüblənməsi isə lap rüsvayçılıq oldu.

Üç gün əvvəl ATV kanalında belə bir anons diqqətimi çəkdi. Üzeyir Mehdizadə heç vaxt gəlmədiyi “Gün keçir” verilişinə gələcək”, ardınca da onun sevilən “nəğmə”lərindən parçalar səsləndi... Düzü teletənqidin daim “pas” etdiyi bir zamanda zülmlə də olsa bu verlişi sonuna kimi izlədikdən sonra dilə gəldim.

Ötən gün “Gün keçir”də 21 yaşında özünü “Üzeyirin janrı” musiqisinin banısı hesab edən bu gənc qonaq oldu. Əslində qonaq da deyildi, müzakirə obyektində olan, onu bir az danlayan, bir az da “yaradıcılığ”ına “qaz verən” tanışlarınin hüzurunda idi. Hələ mahnısını oxumağa başlayanda “Axı hamı Üzeyiri niyə sevir?” deyə qınayan aparıcı Nanə də qol götürüb oynadı. Bu davranışında Nanə çox səmimi görünürdü. Daha sonra 100 “mahnı” müəllifi olan Üzeyir müğənni Əli Mirəliyevin “Ay bala aldat, aldat bu cavanları” “təbrik”i ilə qarşılaşdı. Verilişin digər qonaqları prodüsser Tolik və müğənni Rəqsanə isə bir ağızdan “Bu uşaq neyləsin ki, onun bu qədər sevəni var” deyə Üzeyirə qəhmər çıxdılar. Tanınmış bəstəkarlar Məryəm Əlibəyli və Natiq Qəzənfəroglu isə studiyada özünü həlak edən Üzeyir fanatlarını görcək danışmağa çətinlik çəkdilər. Bayağı musiqinin tənqid ediləcəyi nəzərdə tutulan bu verilişin finalı isə Əli Mirəliyevin özünə toz belə qondurmayan, öz işində olan Üzeyiri tərk etməsiylə bitdi. Əli müəllimin (çoxdan 50-ni haqlamış) studiyanı tərk etməsinə səbəb isə onun müzakirə zamanı həmişə mahnılarında zarıyan Üzeyirlə (21 yaşlı) qarşılaşdırılması oldu. Aparıcı Nanənin çox düçüncəsizcə buna izn verməsi və bu müzakirəni davam etdirməsi isə tamaşaçıda onun məqsədi barədə suallar doğurdu.

Dünənki “gün” sözün əsil mənasında “keçdi”. Keçməyinə keçdi, hansı missiyanı yerinə yetirdi? Nanənin bu verilişi qaragünə salınmış musiqimizin Üzeyirinin başına sığal çəkmək idimi, yoxsa mənimkimiləri çin atına mindirməkmi?.. Amma Atv-nin köməkliyi ilə böyük bir informasiya almağa nail oldum ki, adı hər yerdə hallanan Üzeyir toylara 2000-2500 manata (xaricdəki məclislərə isə 3000 m-dan yuxarı qiymətə) gedir, açığı bu məbləğin səslənməsi məni elə vəziyyətə salıb ki, dünəndən donum açılmır.

Bu Üzeyir niyə bu qədər sevilir? Hansısa məşhur bir şəxsin belə bir fikri vardı: “Kütlə axmaqlardan ibarətdir, kütlədən çəkinin. Əgər nəyinsə arxasınca çox adam gedirsə, bu həmin şeyin doğru olmadığının göstəricisidir. Həqiqət tünlükdə deyil, aydınlıqdadır.” Söhbət elə həmin kütləşən təbəqədən gedir. Bu təbəqənin sel kimi hər yeri dağıdaraq gündən günə sahəsini genişləndirməsində qeybətdən doymayan yerli TV-lərin xidməti həddindən artıqdır. Güya bozbaş, xaş deyərək bəyənmədiyini elan edən o TV-lər deyilmi ki, Zəngimsellərdə həmin mahnıları təbliğ edir. Cəsarəti varsa, boykot etsin!

Əslində gənclərin zarımaqda usta olan, səsi quyudan gələn Üzeyiri sevməsinin əsasında bədii zövqsüzlük, qeyri-ciddilik durur. Bax. buna səbəbsə, başı pul qazanmağa qarışmış valideynlərin övladlarına olan nəzarətsizliyidir. Üzeyir Mehdizadə özünə güvənir, məni sevirlər, mənə tələb var deyir. Onun “musiqi”si Dahi Üzeyir Hacibəyovun şedevr əsəri olan “Koroglu” uvertürasını da unutdurmağa çalışır. Necə ki, metronun “Koroğlu” stansiyasında iki tələbə Koroğlunun həmin stansiyada səslənən musiqiylə əlaqəsini aydınlaşdıra bilmir.

Sosial şəbəkədə “Üzeyir Mehdizadəyə nifrət edən 100.000 adam axtarırıq” səhifəsinə bu vaxtadək 30.000-ə yaxın insan yazılıb. Bu insana nifrət lazım deyil ki, o Allahın bəndəsini elə qandırmaq lazımdı ki, bir daha o zarıdıqca Dahi Üzeyirimizin ruhu üzülməsin, həyatını milli musiqiyə həsr etmiş sənətkarımızıin qəbrində sümükləri sızlamasın. Bu qədər.......

UzeyirMehdizade.flv