BAXCP hakimiyyətdən tələb etdi

baxcp-hakimiyyetden-teleb-etdi-
Oxunma sayı: 656

İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İctimai-siyasi məsələlərin müzakirəsi zamanı əsas diqqət Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün nəticələrinə yönəldilib. Yaranmış vəziyyət ətrafında müzakirə aparan BAXCP İdarə Heyətinin üzvləri münaqişənin tənzimlənməsi ilə bağlı partiyanın mövqeyini bir daha bəyan ediblər. BAXCP İdarə Heyəti hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı imzalanacaq istənilən sülh sazişinin ilk müddəası Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı olmalıdır: “Sazişin ilk müddəasında Dağlıq Qarabağın statusunun yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdiriləcəyi birmənalı şəkildə qeyd olunmalıdır. Əgər sülh sazişində belə bir müddəa olmazsa, bu, Dağlıq Qarabağın Azərbaycandan qopardılmasına razılıq verilməsi anlamına gələcək.

BAXCP siyasi mövqeyindən asılı olmayaraq bütün Azərbaycan ictimaiyyətini ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlərdə vahid və prinsipial mövqe nümayiş etdirməyə, hakimiyyəti isə masa üzərində olan çərçivə sazişinin bütün müddəaları ilə bağlı ictimaiyyəti məlumatlandırmağa çağırır".