BAXCP səfirliyə cavab verdi

baxcp-sefirliye-cavab-verdi
Oxunma sayı: 682

"Son zamanlar bir müxalifət partiyası sədrinin Türkiyəni hədəf alan təşəbbüsləri və açıqlamaları və bu çərçivədə bəzi mətbu orqanlarda yer alan xəbərləri təəssüf hissi ilə izləyirik. Bütün bunları, yersiz, ciddiyyətdən və səmimiyyətdən uzaq, ictimai rəyi yanlış yönləndirmə məqsədinə xidmət etdiyini hesab edirik. Millətimizin xeyrinə olmayan bir məsələdə polemikaya girmək istəmirik”.

“Qafqazinfo”nun məlumatına görə, səfirliyin məlumatında söhbətin hansı partiya rəhbərindən getdiyi açıqlanmayıb. Amma səfirliyin bu acıqlaması məhz deputat Qüdrət Həsənquliyeviun sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ehtimalını artırır. BAXCP sədrinin siyasi və ictimai əlaqələr üzrə müavini Niyaməddin Orduxanlının “Qafqazinfo”ya bildirib ki, mətində konkret olaraq BAXCP və onun lideri Qüdrət Həsənquliyevin adı çəkilməyib:
“Əgər səfirliyin açıqlaması BAXCP lideri Qüdrət Həsənquliyevə qarşıdırsa onda mən konkret deyə bilərəm ki, Qüdrət Həsənquliyev daim Türkiyə-Azərbaycan münasibətlərinin istiləşməsində maraqlı olan partiya sədri olub. Konkret olaraq bir çox hallarda Türkiyə hakimiyyətinin apardığı hər hansı bir yanlış siyasət olduğu halda, Azərbaycanın milli maraqlarına toxunacaq bir hal baş verdikdə partiyanın mövqeyini ifadə edib. Qeyd etdiyim kimi “Bir millət, iki dövlət” prinsiplərinə uyğun olmadığı bir siyasət baş verdiyi halda Qüdrət bəy münasibətini bildirib. Dəfələrlə partiya olaraq bəyan etmişik ki, Türkiyə ilə Ermənistanın qeyri-rəsmi ticari əlaqələri mövcuddur. Bununla bağlı Azərbaycan rəsmilərinin verdiyi məlumatlar var. Hətta səhv etmirəmsə, Türkiyənin naziri özü açıqlama verdi ki, “bu gün Türkiyənin Ermənistanla ticari əlaqələri 250 milyonu keçib. Yəni ortada belə bir fakt mövcuddursa, artıq bu özü ticari əlaqələrin hansı səviyyədə olmasının göstəricisidir. Birbaşa da olmasa, Gürcüstan dövləti vasitəsilə Ermənistana gün ərzində Türkiyədən xeyli sayda yükdaşıyan maşınlar hərəkət edir. Bunlar faktdır, bunları heç kim dana bilməz. Söhbət digər məsələdən, Türkiyənin bir vaxtlar Azərbaycanın milli maraqlarını nəzərə almadan sərhədlərin açılması ilə bağlı Surixdə imzaladığı sazışdən gedirsə, Türkiyənin xarici işlər naziri səviyyəsində bu protokolların imzalanması prosesi baş verdi. Yəni bu Azərbaycanın milli maraqlarına toxunmurdumu? Yəni konkret olaraq bəzi hallarda Qüdrət Həsənquliyev Türkiyənin hakim dairələrinin yanlış siyasətinə öz etirazını bildiribsə, bu da məhz qardaşlıq münasibətlərindən irəli gəlib. Bilirsiniz ki, Türkiyə-Ermənistan futbol matçı ərəfəsində Azərbaycanın bayraqları, Türkiyə televiziyasından da göründü ki, polislər tərəfindən yığılıb zibil yeşiklərinə dolduruldu. Qüdrət Həsənquliyev məhz bunlara etiraz edib. Biz daim Azərbaycanın Türkiyə ilə qardaş olduğunu gündəmə gətirmişik və daim da düşünmüşük ki, bu qardaşlıq səmimi və bir-birini müdafiə xarakteri daşımalıdır.
Düşünürəm ki, Qüdrət bəyin qoyduğu mövqe tam haqlı mövqedir və burada hər hansı iki xalq arasında münasibətləri korlayacaq məqamdan söz ola bilməz. Konkret olaraq Qüdrət Həsənquliyev Türkiyənin hakim dairələrinin Azərbaycanın milli maraqlarına yönəlik siyasət olmadığını gördükdə və ya iki xalq arasında bir-birinə uyğunlaşmayan bir siyasət aparıldıqda öz etirazını bildirib. Bu, haqlı etirazdır. Bu, bütün Azərbaycan türklərinin hər birinin narazılığına səbəb olacaq etirazdır.

Bu gün Qüdrət Həsənquliyev Azərbaycanda yeganə partiya sədridir ki, Türkiyə hakimiyyətinin yanlış siyasi fəaliyyətini acıq şəkildə gündəmə gətirir. Başqa partıyalar öz korporativ maraqlarından çıxış edir. Hər hansı bir mövqe ortaya qoymurlar. Bu partiya liderləri düşünürlər ki, hansısa bir məqamda Turkiyə hakim dairələrinin dəstəyini ala bilərlər. Bu baxımdan hər hansı bit etirazını bildirmirlər. Qüdrət Həsənquliyev Azərbaycanda yeganə partiya sədridir ki, türk dövlətlərinin ümumi parlamanet birliyinin yaranması təşəbbüsü ilə də çıxış edib. Bunun təşəbbüskarı məhz Qüdrət Həsənquliyev olub. Və yaxud Türkiyə bayraqları Bakıdakı Şəhidlər xiyabanında endiriləndə Qüdrət bəy Milli Məclisin iclasına üzərində Türkiyənin bayrağı olan döş nişanını taxıb iştirak edib, məsələyə öz etirazını bildirən millət vəkili oldu. Ona görə də, Qüdrət Həsənquliyevin ünvanına, Türkiyə-Azərbaycan münasibətlərini korlaması ilə bağlı hər hansı ittiham irəli sürmək kökündən yanlışdır. Qüdrət Həsənquliyev bu yaxınlarda Azərbaycanda PPK-ya dəstək verən şəxsi bütün turk xalqının düşməni elən edilməsini bildirib. Odur ki, Qüdrət bəyə qarşı olan bu münasibəyin bird aha yanlı olduğunu bilidirirəm”.