Bayrağımız niyə tərs gəlir? - Fotosessiya

bayragimiz-niye-ters-gelir-fotosessiya
Oxunma sayı: 729







“Azadlıq” qəzeti 23 iyun sayında prezident İlham Əliyevin ötən gün Brüsseldə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın dövlət bayrağının tərsinə asıldığını yazıb. “Media forum” saytı bildirir ki, Avropa Komissiyasının saytında yer alan fotolardan bayrağın tərsinə asıldığı aydın görünür. Ancaq qəribədir ki, Azərbaycanın dövlət agentliyinin – AzərTAc-ın birgə mətbuat konfransından rəsmi xəbərində bayraq həqiqi bayraqdır.

Qeyd: Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.
http://www.azertag.com/index_az.jsp?id=11573&date=2011-06-22&lang=az


http://ec.europa.eu/avservices/photo/photoDetailsNews.cfm?sitelang=en&rid=6286#0


Məsələ ilə bağlı ANS-ə açıqlama verən prezidentin mətbuat katibi Azər Qasımov bildirib ki, Avropa İttifaqının rəsmi nümayəndəsi bayrağın düzgün qoyulmamasını texniki səhv adlandırıb və Azərbaycan tərəfindən üzr istəyib.

“Qafqazinfo”nun məlumatına görə, hazırda dünyanın ən uca bayraq qülləsi Azərbaycandadır. Xatırlatma üçün bildirək ki, Azərbaycan bayrağı 162 metr hündürlüyündə bayraq dirəyi üzərində dalğalanır. Lakin bayağımız bəzi hallarda uca tutulmur. Artıq birinci hal deyil ki, Azərbaycan bayrağı xarici ölkələrdə rəsmi tədbirlərdə tərsinə asılır. Bütün bunlar təsadüfdür, yoxsa məqsədli şəkildə Azərbaycana edilən həqarət? Hər halda dəfələrlə bu halın təkrar olunması düşünməyə əsas verir. Bu məqam prezidentin diqqətini çəkməyə bilər. Çünki dövlət başçısı görüş yerinə sonda gəlir və diqqətinin həmin məqamda bayağın tərsinə və ya düz asılmasında olmaması anlaşıla bilər. Əlində, bu məqama cavabdeh şəxslər var. Dövlət başçısının protokol xidməti, onu müşayiət edən şəxslər hara baxır? Onlar məhz prezidentlər görüş yerinə gəlməzdən əvvəl hər şeyi qaydaya salmalı və yaranmış çatışmazlığı məsələ ictimailəşmədən aradan qaldırmalıdırlar.

Bizə Avropa Komissiyasının üzr istəməsi yox, sizin diqqətiniz önəmlidir...