Azərbaycanda xam neft oğurlayan həbs edildi - Kriminal xəbərlər

azerbaycanda-xam-neft-ogurlayan-hebs-edildi-kriminal-xeberler-
Oxunma sayı: 793

Avqustun 6-sı saat 23 radələrində Balaxanı qəsəbə sakini Telman Məlikov özünə məxsus «Kamaz» markalı yük maşınıyla Ramanı qəsəbəsi ərazisində yerləşən Balaxanı NQÇİ-nin 1 saylı Neft buruqlarının saxlanc quyusundan 5 - 6 ton xam nefti oğurlayarkən Sabunçu RPİ PPXB-nin əməkdaşları tərəfindən tutularaq ərazi üzrə 12-ci PB-yə təhvil verilmişdir.

İyulun 27-dən 31-dək olan müddətdə Tağızadə küçəsi 19-un qarşısından Bakı şəhər sakini Bəxtiyar İbadova məxsus «VAZ-2102» markalı avtomobil qaçırılmışdır. Bakı şəhər BPİ DYPŞ-nin əməkdaşlarının səyi nəticəsində avtomobili qaçıran Bakı şəhər sakini Aqil Abdurəhmanov Y.Səfərov küçəsində saxlanaraq ərazi üzrə Xətai RPİ 37-ci PB-yə təhvil verilmişdir.

Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Ruhulla Xəlilovun yaşadığı evin həyətindən çəkisi 5 kiloqramdan artıq olan 6 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

Avqustun 4-nə keçən gecə Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan Sabit Orucovun həyətindən 1 baş iribuynuzlu heyvan oğurlanmışdır. Xəzər RPİ PPXB və 2-ci PB-nin əməkdaşlarının səyi nəticəsində iribuynuzlu heyvanı oğulayan Binə qəsəbə sakini əvvəllər məhkum olunmuş Asif Ağayev avqustun 5-də yaxalanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, o, iyun və iyul aylarında Türkan qəsəbəsi Üzümçülük sovxozunun və Hövsan südçülüq sovxozunun ərazilərində yaşayan Elbrus Əsədovun, Namiq Məmmədovun, Ziyat Fətullayevin, Mahirə Şıxıyevanın, Vasif Məmmədovun, Sona Əliyevanın, İnqilab Şirinovanın, Xasay Əsədovun, Əlövsət Əliyevin həyətindəki tövlələrin hər birindən 1 baş, İlqar Bayramovun tövləsindən 3 baş, Bəyəli Qurbanəliyevin töləsindən isə 2 baş iribuynuzlu heyvan oğurlamışdır.

Bakı şəhər BPİ
Mətbuat xidməti

10.08.2011