B&B TV-dən “Azersell”ə sərt cavab

bb-tv-den-azerselle-sert-cavab-
Oxunma sayı: 833

B&B TV Communikasion MMC-nin direktoru Səbinə Babayevanın “Qafqazinfo”ya verdiyi məlumata görə, A. Ağan tərəfindən RTDK tərəfindən qəbul olunmuş qərar BBTV-nin hüquq və qanuni mənafelərinə toxunduğunu nəzərə alaraq, BBTV şirkəti 25 oktyabr 2011-ci il tarixində həmin qərardan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət verib. Həmin tarixdə şirkət həmçinin məhkəməyə iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək şirkət ilə RTDK arasında müvafiq məhkəmə mübahisəsi həll edilənədək şirkətdən müvafiq radiotezliklərin alınmasının qadağan edilməsini xahiş edib. Məhkəmə şirkətin ərizəsini əsaslı hesab edərək onu təmin etmiş və bu barədə müvafiq qərardad çıxarıb. Müvafiq olaraq BBTV şirkəti tərəfindən RTDK-nin qərarının hal-hazırda icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərəflər arasında məhkəmə mübahisəsinin mövcudluğu ilə əlaqədardır.

Məlumatda bildirilir ki, Azercell şirkətinin prezidenti Ali Ağanın BBTV şirkətinin Azərbaycan Respublikasının qanunvericiliyinin pozduğu barədə verdiyi bəyanat yanlışdır və bununla BBTV şirkətinin işgüzar nüfuzuna xələl gətirir. Bununla bağlı BBTV şirktəinin rəhbərliyi Əli Ağana bu cür bəyanatlar vermədən əvvəl Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaxından tanış olmağı və bundan sonra BBTV şirkətinə münasibətdə bu kimi məsuliyyətsiz bəyanatları verməməyi tövsiyə edir.

Nigar Məmmədli