BBC Kəmaləddin Heydərovla bağlı israr edir+Video

bbc-kemaleddin-heyderovla-bagli-israr-edirvideo
Oxunma sayı: 661

Bütün bunlara baxmayaraq, BBC telekanalı da öz iddialarından geri çəkilmək niyyətində deyil və rüşvət qalmaqalının tutarlı sübutlara söykəndiyini isbatlamaqda israrlıdır. Fövqəladə hallar naziri və Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun adının qarışdığı “boksda rüşvət qalmaqalı” yenə gündəmi zəbt edib. BBC bu istiqamətdə apardığı araşdırmaları davam etdirərək, son vaxtlar ona qarşı başlanan ittihamlara cavab verib.
Xatırladaq ki, Beynəlxalq Boks Federasiyası telekanalı uydurma məlumatlar yaymaqda ittiham etmişdi. Federasiya bildirir ki, BBC bir müddət əvvəl Azərbaycan hakimiyyəti tərəfindən 2012-ci ildə London Olimpiadasında iki qızıl medal müqabilində Dünya Boks Federasiyasına 10 milyon dollar (6,3 milyon funt-sterlinq) rüşvət verdiyi barədə “əsaslandırılmamış” məlumatlar yayıb. Ittihamlar telekanalın “Newsnight” proqramında səsləndirilib. Beynəlxalq Həvəskar Boks Federasiyasının (BHBF/AIBA) sədri Tom Virgets iki aylıq istintaqdan sonra belə nəticəyə gəlib ki, ittihamlar “tamamilə əsaslandırılmayıb”.
“BBC şayiələrə uyaraq bildirmişdir ki, ”pullar Həmid Həmidov adlı özəl investorlardan biri tərəfindən ödənilib. Bunlar tamamilə Olimpiya Oyunlarına aidiyyəti olmayan sırf kommersiya yönümlü investisiya vəsaitləri olub və biz sözügedən vəsaitlərin mənbəyi və onun ödəniş formasını dəqiqləşdirmişik”, - deyə Virgets bildirib.
Istintaq Komitəsi onu da əlavə edib ki, BBC ya özü istəmir, ya da korrupsiya halı ilə bağlı iddialarını konkret sübutlarla təsdiqləmək imkanında deyil: “BBC əlində olan sübutları könüllü şəkildə təqdim etməyə qərar vermişdi. Lakin sadəcə, əvvəlcədən yayımladığı stenoqramı və spekulyativ iddialar irəli sürən mənbələrin ittihamlarını sübut kimi təqdim etməklə, Istintaq Komitəsini ümidsizliyə uğratdı. Nəticə olaraq, bu adamlar istintaqla əməkdaşlıqdan imtina etdilər”.
“Newsnight”ın AIBA-nın mövqeyindən xəbəri var və biz öz araşdırmamızın üzərində dayanırıq. Biz gözləyirik ki, AIBA təqdim olunmuş sübutları açıq şəkildə bir daha gözdən keçirəcək. Biz, hazırda aparılan müstəqil araşdırmalarda Beynəlxalq Olimpiya Komitəsinin Etika Komissiyası ilə əməkdaşlığımızı davam etdiririk”, - deyə BBC nümayəndəsi bildirib.

annaadams.flv