B&BTV-dən Ali Ağana növbəti cavab

bbtv-den-ali-agana-novbeti-cavab
Oxunma sayı: 678

“Qafqazinfo”nun məlumatına görə, S. Babayeva deyib ki, "B&BTV Communication" MMC Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış və Respublikanın qanunlarına əsasən fəaliyyət göstərən şirkət olaraq, Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının (RTDK) 27.08.2011c-i il tarixli 65 saylı protokoluna əsasən hörmətlə yanaşıb. Lakin bu qərarın, şirkətin fəaliyyətinə ciddi təsir göstərəcəyini nəzərə alaraq, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə həmin qərarın ləğv edilməsi ilə bağlı müraciət edib. 25 oktyabr 2011-ci il tarixdə adı çəkilən məhkəmə orqanı Azərbaycan Respublikasının inzibati prosessual məcəlləsinə əsasən aşağıdakını qərara alıb: “İddiaçı "B&BTV Communication” MMC-nin istifadəsində olan tezliklərdən radiotezliklərin iddiaçıdan alınmasına yönəlmiş hərəkətlərin icrası cavabdeh Azərbaycan Respublikası Radiotezliklər üzrə Dövlət Komissiyasına qadağan edilsin".

S. Babayeva bildirib ki, Ali Ağanın söylədiklərinə əsaslansaq "məşhur xarici şirkət" Azercell Telekom MMC-nin dəvəti ilə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasına məxsus tezliklər diapazonunda "scanning-test aparıb". “Belə çıxır ki, "Azercell Telekom" MMC Azərbaycan Respublikasının qanunlarına hörmət etmir və qanuna zidd olaraq tezliklər diapazonunda scaning test işlərini aparır”.