BBC bu ilin 100 nüfuzlu qadınını seçdi - Biri Azərbaycandandır

bbc-bu-ilin-100-nufuzlu-qadinini-secdi
Oxunma sayı: 8194

BBC-nin illik “100 qadın” layihəsinin 2018-ci il üzrə yenilənmiş siyahısı dərc olunub.

“Qafqazinfo” xəbər verir ki, siyahıda dünyanın müxtəlif yerlərində yaşayan 100 ilhamverici və nüfuzlu qadının adı yer alıb. Ümumilikdə, 60 ölkədən 15-94 yaş arası qadınların olduğu siyahıya liderlər, ixtiraçılar və gündəlik qəhrəmanlar daxil ediliblər. 

Siyahıya Azərbaycandan olan gənc ixtiraçı Reyhan Camalovanın da adı salınıb. 16 yaşlı həmyerlimiz 43-cü yerdə qərarlaşıb. O, yağış suyundan enerji əldə etməyə imkan verən “Rainergy” layihəsi ilə siyahıya düşməyi bacarıb.