“BBC”nin ilk qadın diktoru öldü

bbcnin-ilk-qadin-diktoru-oldu
Oxunma sayı: 740

“BBC” telekanalının ilk qadın diktoru Nen Vinton dünyasını dəyişib.

“Qafqazinfo” “The Sun” dərgisinə istinadən xəbər verir ki, o, 93 yaşında vəfat edib. N. Vintonun ölümünə səbəb ürəktutması olub.

Qeyd edək ki, N. Vinton “BBC” telekanalında 1958-1975-ci illərdə çalışıb. O, həmçinin, “Panorama” və “Town and Around” proqramlarının yaradılmasında yaxından iştirak edib.