BDP-yə ağır zərbə

bdp-ye-agir-zerbe
Oxunma sayı: 661

“Qafqazinfo”un Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, istintaqın başlamasına səbəb partiyanın sentyabrın 4-də keçirilən qurultayında salonda Abdullah Öcalanın portretini asması və seperatçı şüarların səslənməsi olub.
Selahattin Demirtaş və Əminə Aynanın həmsədr seçildiyi BDP-nin qurultayında "Demokratik muxtariyyat haqqımızdır, rədd edilə bilməz", "Azad Kürdüstan Demokratik Türkiyə", "Sülhün elçisi İmralıda", "Hərbi və Siyasi əməliyyatlara Son" şüarları səslənib. Bundan əlavə, salonda Türkiyə bayrağının yanında Mazlum Doğan, Deniz Gezmiş, İbrahim Kaypakkaya, Mahir Çayan, Kamal Pir, 1993-də Batmanda öldürülən DEP Mardin millət vəkili Mehmet Sincar, özünü yandıraraq özünü öldürən PKK-lı Sema Ucanın şəkillərinin asıldığı xəbər verilir.