“BDU-ya Heydər Əliyevin adı verilə bilər”

bdu-ya-heyder-eliyevin-adi-verile-biler
Oxunma sayı: 793

“Bakı Dövlət Universitetinə Heydər Əliyevin Adı verilə bilər”. Bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitenin rektoru Abel Məhərrəmov deyib. “Universitetə ya dünya şöhrətli siyasətçinin, ya da elm korifeyinin adı verilə bilər. Heydər Əliyev BDU-nun tələbəsi, özü də dünya şöhrətli tələbəsi olub. Rəsulzadə isə bu universitetdə dərs keçib. BDU-da Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcılarının xatirəsinə abidə kompleksi ucaldıla bilər. Amma bu barədə qərar dövlət səviyyəsində həll olunmalıdır”.

Abel Məhərrəmov dövlət tərəfindən müvafiq qərar verilərsə BDU-da Xalq Cümhuriyyətinin qurucularına həsr olunmuş kompleks abidənin yaradılmasını dəstəkləyəcəklərini bildirdi.

AzadlıqRadiosu