Bəla Türkiyədən əl çəkmir

bela-turkiyeden-el-cekmir
Oxunma sayı: 687

Türkiyənin Van bölgəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı min nəfərə çata bilər. “Qafqazinfo” Türkiyə saytlarına istinadən xəbər verir ki, bunu Bosfor universitetinin Seysmoloji rəsədxanasının rəhbəri Mustafa Erdik deyib. O bildirib ki, rəhbərlik etdiyi rəsədxana zəlzələni ilk olaraq qeydə alıb. “Bu zəlzələ dənizdə də, qyryda da ola bilər. 7.2 bal gücündə zəlzələnin yaradacağı şıddət 9 və ya 8 gücündə ola bilər. İctimaiyyəti hazırda tələfatın hansı böyüklükdə olması maraqlandırır. Dağıntəlar 7 bal gücündə olanda ba.ş verir. 8 bal gücü isə böyük rəqəmdir. Vanda baş verən zəlzələ 8 aralığındadır. Gerək olan budur ki, Erciş ve Van zəlzələnin gücü 8-dir. Bu bölgədə təxminimiz yüzlərlə insanın həlak olmasıdır. Onların sayı 500 də, 1000 də ola bilər”.