“Belə biabırçılıq olmaz” – 10-cu “yox”

bele-biabirciliq-olmaz-10-cu-yox
Oxunma sayı: 675

“Qafqazinfo”nun məlumatına görə, Birliyin sədri Oqtay Gülalıyev DİUC-in Ədliyyə Nazirliyi tərəfindən növbəti dəfə qanunsuz olaraq qeydiyyata alınmasından imtina olunması ilə bağlı açıqlama verib.

Oqtay Gülalıyev bildirib ki, 1999- cu ilin sentyabr ayından fəaliyyət göstərən Demokratik İslahatlar Uğrunda İctimai Birliyin (DİUC) ötən 13 ildə dövlət tərəfindən qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə etdiyi 10-cu müraciətə də nazirliyin Qeydiyyat və Notariat baş İdarəsi “yox” cavabını verib. Amma sonuncu cavabın verilməsi 11 ay gecikdirilib: “Demokratik İslahatlar Uğrunda İctimai Birliyin sənədləri axırıncı dəfə 2011- ci ilin mart ayında hazırlanaraq Ədliyyə nazirliyinə təqdim olunub. Ötən 11 ay ərzində nazirlikdən bizə heç bir cavab verilmədi. Dəfələrlə nazirliyə şifahi müraciətlər etsək də nazirliyin Qeydiyyat və Notariat baş İdarəsindən təşkilatımızın qeydiyyat sənədləri ilə bağlı bizə aydın və dürüst cavab verilmədi. Keçən ay məcbur olub bu barədə nazirliyə rəsmi sorğu göndərdik. Sorğumuza cavab gecikdirildiyinə görə məcbur olub özüm nazirliyə getdim”.

O. Gülalıyev təşkilatın 13 ildə dövlət qeydiyyatına alınmamasının səbəbinin onun fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb: “Mən bilirəm ki, təşkilatımızın qeydiyyatı ilə bağlı yüksək səviyyədə müzakirələr olub. Yaxın günlərdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş İdarəsinin rəhbərliyi ilə görüşüb təşkilatımızın qeydiyyatı ilə bağlı bizə irad tutulan “texniki” məsələnin aradan qaldırılmasına çalışacam. Əks təqdirdə məhkəməyə müraciət etməklə yanaşı, Azərbaycanda insan haqlarının necə tapdandığı, 13 il bir təşkilatın qeydiyyatına imkan verilməməsi ilə bağlı Ədliyyə nazirliyin bizə indiyə qədər ünvanladığı qanunsuz və absurd cavabları beynəlxalq təşkilatlara, ölkəmizdə keçirilən “Evrovizion- 2012” yarışmasının qaliblərinə göndərmək və s. kimi metodlardan istifadə etməyə çalışacağıq. Belə biabırçılıq olmaz. Bu yanaşma insan hüquqlarına və vətəndaşların sərbəst toplaşmaq, birləşmək azadlığına qarşı hökumətin sevimli kəlmələrindən olan doğrudan da analoqu olmayan, yumşaq ifadə etsək hörmətsizlikdir”.

Sədan