Belə xilasetmə heç yerdə olmayıb

bele-xilasetme-hec-yerde-olmayib
Oxunma sayı: 649

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, “Mercedes” markalı bir avtomobilin içərisində yatan iti olduğu yerdən çıxarmağa çalışan polislər əvvəlcə iti oyandırmağa çalışıblar.
Buna nail olmayan “heyvansevər” polislər maşının şüşəsini sındırmağa qərar veriblər. Avtomobilin şüşəsini qırıb iti çıxaran polislər başqa bir sürprizlə qarşılaşıblar.

O qədər zərər vedikləri “Mercedes”in içindəki it bir oyuncaq çıxıb. Avtomobilin sahibi Gordon Villiams isə avtomobilini o vəziyətdə görəndə gözlərinə inanmayıb.

6 dollar dəyərində bir oyuncaq üçün avtomobilə 250 dollar ziyan vuran polislər avtomobili üzərinə, “Maşınınızdakı iti xilas etmək üçün şüşənizi qırdıq”, qeydini yazıb qoyublar. Nottingham polisi isə baş verən hadisədə həmkarlarını müdafiə edib.