Benzinin qiyməti qalxdı, ölkə qarışdı-Fotolar

benzinin-qiymeti-qalxdi-olke-qarisdi-fotolar
Oxunma sayı: 660

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, dövlət tərəfindən subsidiya olunan benzinin qiymətləri aprelin 1-dən artacaq. Yeni qiymət tarifində benzinin litri 4500 rupidən (təxminən 0.43 AZN) 6 min rupiyə artacaq.

Paytaxt Cakartanın mərkəzində polisin təhlükəsizlik tədbirləri nəticəsində etiraz aksiyaları nəzarət altında keçib. Ölkənin Medan, Makassar, Palu şəhərlərində isə nümayişlər məcrasından çıxıb. Nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Polis nümayişçilərə su şırnağı ilə müdaxilə edib, aksya iştirakçıları da polisləri daşa basıb. Nümayişçilər ayrı-ayrı küçələrdə avtomobil təkərləri yandırıblar. Bəzi yerlərdə isə avtomobillərin də yandırılması faktlarına rast gəlinib.

Nümayişlərin tələbələr tərəfindən təşkili ölkədə narahatçılıq yaradıb. İndoneziyada 1998-ci ildə baş verən tələbə hərəkatları 30 il iqtidarda olan dövlət başçısı Suxartonu istefa verməyə məcbur emişdi.