Bərdə və Gədəbəydə intihar hadisəsi oldu

berde-ve-gedebeyde-intihar-hadisesi-oldu
Oxunma sayı: 679

Bərdə rayon prokurorluğundən cümə günü Trend-ə bildiriblər ki, aprelin 12-də rayon sakini 1985-ci il təvəllüdlü Günel Hacıyeva yaşadığı Füzuli küçəsi, ev 109 ünvanlı mənzilində özünü asaraq intihar edib.

Gədəbəy rayon prokurorluğundan isə Trend-ə bildiriblər ki, aprelin 12-də rayonun Çalburun kənd sakini 1992-ci il təvəllüdlü Cəfərqulu Quliyev kənd ərazisindəki meşə sahəsində özünü ağacdan asaraq intihar edib.

Hər iki faktla bağlı rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.