Bərdəli Bakıda qəza törətdi – Kriminal xəbərlər

berdeli-bakida-qeza-toretdi-kriminal-xeberler
Oxunma sayı: 651

Aprelin 17-si saat 22:30 radələrində Azadlıq küçəsi 4-ün qarşısında Bərdə rayon sakini Nicat Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakinləri Samir Seyidovu və Yasin Məmmədovu vurub. Nəticədə, hər iki piyada KTM-ə daxil olub və Y.Məmmədov aprelin 21-də orada ölüb.

Aprelin 22-də Sarayevo küçəsində Ordubad rayon sakinləri İxtiyar Allahyarov qohumu Amil Həsənova bıçaq xəsarəti yetirdiyinə görə Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Aprelin 19-na keçən gecə A.Mustafayev küçəsində yaşayan Qiyas Kərimova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. DİN BCAİ, Nəsimi RPİ CAŞ və Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Emil Dadaşov və Davud Səmədov aprelin 22-də Xaçmaz rayonu ərazisində avtomobillə birlikdə saxlanılıblar. Aşkar olunan avtomobilin üzərində olan dövlət nömrə nişanları aprelin 19-da keçən gecə İlkin Azayevə məxsus “Lada-Kalina” markalı avtomobildən oğurlanıb. Araşdırma zamanı müəyyən edilib ki, onlar aprelin 11-də Cavadxan küçəsində Yadigar Şükürovanın 2 ədəd qızıl boyunbağısını qırıb “VAZ-2107” markalı avtomobillə qaçıblar. Həmin avtomobilin üzərində isə martın 30-na keçən gecə Vaqif Aminova məxsus “VAZ-2104” markalı avtomobildən oğurlanmış dövlət nömrə nişanları olub. Bundan başqa onlar həmin avtomobildən maqnitafon və təkər də oğurlayıblar.

Aprelin 8-də 28 may küçəsində naməlum şəxslər mübahisə zəminində Bakı şəhər sakini Aytən Rzayevaya və Ümid Qarayevə bıçaq xəsarəti yetirib. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir Quliyev və Abbas Talıbov aprelin 22-də tutulublar.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Tərlan Comərdov aprelin 22-də tutulub.

Aprelin 22-də İ.Orucəliyev küçəsində yaşayan Rəşad Rəhmanov qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb. DİN BNMİ, BPİ CAİ, Nərimanov RPİ CAŞ və 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Rəhmanova xəsarət yetirən, onunla qeyri-rəsmi yaşayan Lənkəran rayon sakini Turanə Məmmədova aprelin 21-də tutulub.

Aprelin 22-də Biləcəri qəsəbəsi Natavan küçəsində Rövşən Həsənov mübahisə zəminində Rəfael Bəkirova bıçaq xəsarətləri yetirdiyi üçün Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən tutub.

Aprelin 21-i saat 14:50 radələrində Ə.Ağaoğlu küçəsi 8-in qarşısında Səbuhi İsayevin idarə etdiyi “Mersedes” markalı avtomobillə İsa Ağaməmmədovun idarə etdiyi “Hunday Aksent” markalı avtomobil toqquşub. Nəticədə, S.İsayev və sonucu avtomobilin sərnişinləri, sürücünün oğlanları – Nicat və Fuad xəsarət alaraq KTM-ə aparılıb, F.Ağaməmməd isə ölüb.