Berluskoni Azərbaycana gəlir

berluskoni-azerbaycana-gelir
Oxunma sayı: 655

"1news"un məlumatına görə, bu barədə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu gün jurnalistlərə açıqlamasında bildirib.

Səfirin sözlərinə görə, hazırda diplomatik kanallarla səfərin dəqiq tarixi dəqiqləşdirilir. Vaqif Sadıqov deyib ki, gələn il Azərbaycana həmçinin İtaliya xarici işlər naziri Franko Frattininin də səfəri gözlənilir.

"İtaliya Azərbaycan qazında maraqlıdır, bundan əlavə tərəflər arasında "Türkiyə-Yunanıstan-İtaliya İnterkonnektor" (İTGİ) qaz layihəsi ilə bağlı danışıqlar gedir. Ümid edirik ki, Azərbaycan bu ilin sonunadək bu məsələ ilə bağlı özünün konkret təkliflərini təqdim edəcək", deyə Vaqif Sadıqov bildirib.