Berluskoninin əski sevgilisi hamilə olduğunu açıqladı

berluskoninin-eski-sevgilisi-hamile-oldugunu-aciqladi-
Oxunma sayı: 804

İtaliyanın baş naziri Silvio Berluskoninin pul qarşılığında əlaqədə olduğu iddia edilən Rubi ləqəbli fars əsilli Kərimə Əl Maruq hamilə olduğunu açıqlayıb. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rubi uşağın yaxın zamanlarda evlənəcəyini bildirdiyi italiyalı nişanlısı Luca Rissodan olduğunu təstiqləyib: “Gənc yaşda ana olmaq fikri mənə çox cəzbedici gəlir. Onunla birlikdə böyüyə bilərik. Çoxdandır ana olmağı düşünürdüm, çünki həmişə həqiqi bir ailəyə sahib olmağın acısını yaşamışam. Nişanlım Lucayı sevirəm və ondan uşağım olmasını istədim”.

Rubi keçmişlə bağlı heç bir peşmanlığının da olmadığını vurğulayaraq etdiklərini yenidən təkrarlaya biləcəyini əlavə edib. Uşağının oğlan olacağı təqdirdə adını Troya müharibəsinin qəhrəmanlarından olan Axillesin adını qoyacağını bildirib.
Bu xəbərdən sonra internet saytlarda Rubi ilə əlaqəsinə görə ittiham olunan Berluskoninin uşaq olaraq təsvir edildiyi karikatura geniş yayılmağa başlayıb.

Səidə