Berluskoninin seks qalmaqallarının siyahısı – Fotosessiya

berluskoninin-seks-qalmaqallarinin-siyahisi-fotosessiya
Oxunma sayı: 1001

Seks qalmaqalları ilə başı dərddə olan İtaliyanın baş naziri Silvio Berluskoninin bilikdə olduğu qadınlar işsiz qalıblar. Baş nazirin çox sayda qadınla Milano xaricindəki köşkündə pul qarşılığında qadınlarla əlaqədə olduğu və yaxın ətrafı ilə qrup seks məclisləri təşkil etdiyi iddia edilir. Qalmaqalda adı hallanan şou qızlarını bəziləri şöhrət əldə etməyə nail olsa da bəziləri indiki vəziyyətlərindən narahatdırlar. Fahişəlik istintaqında adı çəkilən qadınlardan biri Miriam Loddodur. Son bir aydır evindən çölə addım belə ata bilməyən Loddo “Bir çox işimi itirdim” deyə açıqlama verib. Buna bənzər şikayətləri 24 yaşındakı Playboy gözəli Barbara Fagioli də dilə gətirib. Fagioli qalmaqalların baş verdiyi vaxtdan bəri heç bir agentlikdən iş təklifi almadığını bildirib.

“Qafqazinfo” Berluskoni ilə əlaqəsi olan qadınların siyahısını təqdim edir:

1. 32 yaşlı model Barbara Guerra

2. Baş nazir hazırda yetkinlik yaşına çatmayan Rubi ilə əlaqələrinə görə hazırda ittiham edilir.

3. Prokurorluğun hazırladığı sənəddə “fahişə” olduğu qeyd edilən İris Berardinin adı da Berluskoni qalmaqallarında hallanır. Telefon danışıqlarının nəticəsində onun Sardiniya adası və Milan yaxınlığındakı Arcore bölgəsində Berluskoniyə aid lüks villalarda hələ 17 yaşında ikən olduğu təsdiqlənib.

4. Berluskoninin qadınları siyahısında ölkədə "Puglianın Ancelina Colisi" kimi tanınan hüquq məzunu model Graziana Capone

5. Dominikan əsilli maniken Maria Ester Garcia Polanco

6. 22 yaşlı Kuba əsilli model Lisandra Silva

7. Hava proqnozunun aparıcısı Alessandra Sorcinelli

8. Baş nazirlə pul qarşılığında birlikdə olduğunu açıqlayıb şöhrət əldə edən Patrizia DAddario

9. Berluskoninin ad günü şənliyinə qatılması ilə müzakirə mövzusu olan 18 yaşlı Noemi Letizia

10. 28 yaşlı keçmiş Miss İtaliy gözəli Barbara Matera berluskoninin televiziyasında işləyirdi, daha sonra Avropa parlamentinin vəkili oldu.

11. Camilla Ferranti Berluskoni ilə tanış olana qədər adi bir aktrisa idi. Baş nazir ona siyasətlə məşğul olmağa yardım edəcəyini bildirib.

12. Berluskoni ilə Sardiniyadaki villada əl- ələ yaxalanan BBG ulduzu Angela Sozio
TV ulduzu Eleonora Gaggioli

13. Berluskoninin nazir etdiyi Mara Carfagna. Baş nazir parlamentdə Carfagnaya “Evli olmasaydım səninlə evlənərdim” deyə ismarıc da göndərmişdi.

14. Aktrisa Elena Russo
15. İtaliyalı futbolçu Mario Bolatellinin sevgilisi Sara Tommasi

16. Baş nazirlə keçirdiyi iki gecə qarşılığında 10 min avro aldığını irəli sürən Nadia Macri

17. Berluskoninin əlaqələrindən bezən və ondan boşanan həyat yoldaşı Veronica Lario.