“Qafqazinfo”nun Reuters-ə istinadən verdiyi xəbərə görə, namizədlər arasında yerli mütəxəssis Valdemar Fornalik və Azərbaycan milli yığmasının baş məşqçisi Bert Foqts da var.
Əvvəlki baş məşqçi Françişek Smuda yığması Euro-2012-də qrupdan çıxa bilmədiyi üçün öz vəzifəsindən imtina edib.
Baş məşqçinin kimliyi isə iyunun 27-də elan olunacaq. Qjeqoj Lyotanın sözlərinə görə, hər iki namizəd müzakirə olunacaq: “Baxaq görək, hansı istiqamətdə getməliyik, polşalı yoxsa əcnəbi mütəxəssisi seçək”.
49 yaşlı Fornalik heç vaxt ölkə xaricində çalışmayıb, 65 yaşlı Foqts isə hazırda Azərbaycan milli yığmasının baş məşqçisidir.