“Berti Foqtsa hər şey olar”

berti-foqtsa-her-sey-olar
Oxunma sayı: 654

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan klublarının baş məşqçiləri Berti Foqtsun bu tənqidini haqsız sayıb və qəbul etməyib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Qəbələ” klubunu baş məşqçisi Ramiz Məmmədov alman mütəxəssislə konfliktə girmək istəmədiyini deyib: “Berti Foqtsla konfliktə girmək istəmirəm. Amma Foqtsun FİFA-ya belə açıqlama verməsi düzgün deyil. Əgər biz öz üzərimizdə işləmiriksə, onda biz məşqçiləri bir araya yığsın və bildiklərini bizə də öyrətsin. Biz də onun proqramına uyğun öz üzərimizdə çalışaq”.

“Azal”ın baş məşqçisi Vaqif Sadıqov da yerli mütəxəssislərin yetəri qədər peşəkar olduqlarını bildirib: “Mən belə hesab edirəm ki, yerli mütəxəssislər öz işini yaxşı bilir. Azərbaycan futbolunun əldə etdiyi uğurlar, “Neftçi”nin Avroliqaya vəsiqə qazanması da bunu sübut edir. Elə yığmamız da inkişaf edir. Bu uğurların hamısında yerli məşqçilərin zəhməti var. Əgər bu gün futbolun inkişafından danışırıqsa, yerli klubları və onların məşqçilərini qiymətləndirməmək olmaz”.

Futbol millimizin keçmiş baş məşqçisi Şahin Diniyev isə bu barədə açıqlama vermək istəməyib: “Bu barədə danışmaq istəmirəm. Yəqin ki, Berti Foqtsa hər şey olar”.

Sevinc