Beş ilin qalibləri - Bakıda

bes-ilin-qalibleri-bakida-
Oxunma sayı: 633

"Bakı Kristal Zalı"nda keçiriləcək ikinci yarımfinalın interval aktı şousunun məşqi keçirilib.“Qafqazinfo”nun eurovision.az saytına istinadən məlumatına görə,

Eurovision Mahnı Müsabiqəsinin son beş ilinin qalibləri bu gün "Bakı Kristal Zalı"nın səhnəsində çıxış ediblər. Dima Bilan öz müsabiqə mahnısı olan "Believe"i balabanın, Mariya Şerifoviç "Molitva"nı tarın, Aleksandr Rıbak "Fairytale" mahnısını kamançanın, Lena Mayer isə "Satellite" mahnısını sazın müşaiyəti ilə remix versiyada ifa ediblər. İnterval aktının sonunda isə Eldar Qasımov və Nigar Camal da daxil olmaqla Eurovision Mahnı Müsabiqəsinin digər 4 qalibi birlikdə səhnədə olub. Qaliblər yarışmanın tarixinə düşən "ABBA" qrupunun ifasında səslənən "Waterloo" mahnısı ilə çıxış ediblər.