Beş milyarddan artıq vergi toplanıb

bes-milyarddan-artiq-vergi-toplanib-
Oxunma sayı: 660

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, vergi daxilolmalarının 39,0 faizi mənfəət vergisinin, 25,4 faizi əlavə dəyər vergisinin, 13,1 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,6 faizi aksizlərin, 14,9 faizi isə digər vergilərin payına düşür.

Qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 873,9 milyon manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 22 faiz faiz çoxdur.

İl ərzində respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 67 376 olub. 2011-ci ilin iyul ayının 1-dən etibarən fiziki şəxslərin elektron qaydada qeydiyyatına başlanılıb, ilin sonunadək 10 075 nəfər bu xidmətdən istifadə edərək qeydiyyata alınıb. 1 yanvar 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 420 380 olub.

2011-ci il ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 88,5 faiz təşkil edir.

Nigar Məmmədli