Bəşər Əsəd əhalini tanklarla qırır

beser-esed-ehalini-tanklarla-qirir
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “Reuters” agentliyi yayıb. Son 8 saat ərzində 47 nəfərin həlak olduğu xəbər verilir.

“Əl-Ərəbiyə” telekanalı xəbər verib ki, şəhərə əsas artiıeriya zərbələri Bab-Əmro rayonundan endirilib. İki gün ərzində 100-dən çox insanın həlak olduğu bildirilir.

Yerli əhalinin verdiyi məlumata görə, Homsda hökumət qüvvələrinə məxsus tanklar şəhərin dərinliklərinə daxil olmağa cəhd edir və sakinlərin yaşadığı ərazilərə daxil olur. Artileriya atəşlərinin davam etdiyi xəbər verilir.