Bəşər Əsəd körpə uşaqları belə öldürdü - Video

beser-esed-korpe-usaqlari-bele-oldurdu-video
Oxunma sayı: 650

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Suriyanın müxalif İnqilab Şurası (SİŞ) ötən gün əksəriyyəti Həma şəhərində olmaqla ümumilikdə 130 nəfərin öldürüldüyünü açıqlayıb.

Açıqlamada Həma şəhərində öldürülən 86 nəfərdən 78-nin Mearezəfə rayonunun sakinləri olduğu bildirilib. Habelə açıqlamada təhlükəsizlik qüvvələrinin sözügedən bölgədə həyata keçirdiyi əməliyyatlardan dolayı xalqın ölən və yaralanan yaxınlarına sahib çıxa bilmədiyi qeyd olunub.

Suriyalı müxaliflər Əsəd rejimi milislərinin onlarla evi və məhsuldar kənd təsərrüfatı ərazilərini yandırdığını xəbər veriblər. Suriya Milli Şurasının açıqlamasında isə Əsəd rejiminə bağlı qüvvələrin Həma şəhərinin Qubeyr kəndində 22 nəfəri uşaq, 20-i isə qadın olmaqla 80-dən artıq dinc vətəndaşı bıçaqla və yandıraraq, qətlə yetirdiyi öz əksini tapıb.

Xarici KİV Əsəd rejiminin son qətliamına paytaxt Dəməşqdə kütləvi etiraz aksiyasının keçirildiyini yazıb. Habelə xəbərlərdə Dəməşqin bir çox səmtində şiddətli partlayışların baş verdiyi də qeyd olunub.