“Bəşər Əsəd öldürülsə...” - Mövqe

beser-esed-oldurulse-movqe
Oxunma sayı: 655

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Bəşər Əsədin öldürülməsi və ya iqtidardan uzaqlaşdırılması ilə Suryada vətəndaş müharibəsnin başlayacağını iddia edən Maliki bu ölkədəki atmosferi çox təhlükəli qiymətləndirib.

Qeyd edək ki, İraq xarici işlər naziri Suriya hakimiyyətinə yaxnlığı ilə tanınır. Maliki deyib ki, Bəşər Əsəd rejiminə qarşı necə hərəkət ediləcəyi çox diqqətli şəkildə nəzərə alınmalıdır. “Əks təqdirdə “Ərəb baharı” sürətlə qışa çevrilə bilər”, -deyən Maliki Suriya xalqının müdafiə olunmasını istədiklərini bildirib.

Maliki Suriya müxalifəti ilə də görüşəcəklərni açıqlayıb. İraqın xarici siyasət idarəsinin rəhbəri Bəşər Əsədə istefa verməsi ilə bağlı müraciət etməyəcəyini deyib.