Bəşər Əsəd onu müdafiə etməyənlərdən qisas alır

beser-esed-onu-mudafie-etmeyenlerden-qisas-alir
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, xəbəri yerli sakinlərə və hüquq müdafiə təşkilatlarının nümayəndələrinə istinadən “Reuters” yayıb.
Rastana yaxınlaşan zirehli texnikalarda qurulmuş pulemyotlarla şəhər atəşə tutulub. Bazar ertəsi səhər yayılmış xəbərdə üç nəfər dinc sakinin həlak olduğu bildirilir. Şəhərə hücumun məqsədini açıqlayan “Reuters” xatırladır ki, avqustun sonunda Suriya diktatoru Bəşər Əsədə qarşı çıxışların yatırılmasında iştirak etməkdən Rastan əhalisinin bir qismi imtina etmişdi. Əsəd tərəfdarlarının bu şəhərdə keçirdiyi əməliyyatın məqsədi Rastan yaxınlığında gizlənmiş “fərarilər”in axtarışı olduğu bildirilir.
Suriyada 2011-ci ilin martından Bəşər Əsədin istefası və ölkənin siyasi sistemində islahatların aparılması tələbi ilə kütləvi etirazlar başlayıb. Suriya hakimiyyəti etiraz aksiyalarının yatırılması üçün sərt tədbirlər tətbiq edir. Hüquq müdafiə təşkilatlarının məlumatına görə, dövlət əleyhinə çıxışların başlandığı gündən bu vaxtadək ölkədə ən azı 2,7 min insan həlak olub.