Bəşər Əsəd qərb diplomatlarını qovdu - Siyahı

beser-esed-qerb-diplomatlarini-qovdu-siyahi
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, Suriyanın Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bəzi qərb ölkələrinin diplomatik təmsilçiləri arzuolunmaz şəxslər elan olunublar. Bəşər Əsəd rejimi iyunun 5-də ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, İspaniya, İtaliya, Türkiyənin də daxil olduğu və ümumilikdə 17 diplomatın ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, mayın sonlarında “Suriyanın dostları qrupu”na daxil olan bir sıra ölkələr Suriyadan öz səfirlərini çıxarmaqla bağlı qərar qəbul etmişdilər. Həmin ölkələr Hula qəsəbəsində 100-dən artıq insanın ölümü ilə nəticələnən hücuma cavab olaraq Suriya diplomatik nümayəndələrini persona-non-qrata elan etdiklərini açıqlamışdılar.





Səidə