Bəşər Əsəd Qərbi hədələdi

beser-esed-qerbi-hedeledi-
Oxunma sayı: 649

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Suriya prezidenti Qərbin təzyiqlərilə hadisələrin daha da gərginləşəciyini deyib. Bəşər Əsəd Suriyanın Misir, Tunis, Yəmən kimi ölkələrdən hər baxımdan fərqli olduğunu bildirib.
Bəşər Əsəd müsahibəsində Suriyanı bölgənin mərkəzindəki episentri adlandırıb. Suriya prezdienti deyib ki, əgər bu yerlə çox oynanılsa, zəlzələ baş verə bilər: “Əgər plan Suriyanı bölməkdirsə, onda bütün region parçalanacaq”.
Ölənlərn sayının çox olmasını Bəşər Əsəd küçə döyüşşləri ilə izah edib. Suriya prezidenti “əl-Qaida” qruplaşması ilə mübarizə apardıqlarında israr edib. Dinc sakinlərin ölümünün də bu baxımdan çox olmasını bildirib.