Bəşər Əsəd sözündən qaçdı

beser-esed-sozunden-qacdi
Oxunma sayı: 688

“Əl Cəzirə”nin məlumatına görə, şəhərin ötən gün zirehli texnika yeridilən küçələrində iriçaplı pulemyotların səsi eşihidilir

Suriya müxalifətinin elan etdiyi “ümumxalq qəzəb günü” ərəfəsində hakim rejiminin əleyhdarları arasında tuthatut başlayıb. “Qəzəb günü” bu gündür və cümə namazından sonra kütləvi aksiyalar planlaşdırılır.

Dəməşqin 165 kilometrliyində yerləşən Xomsda son sutka ərzində 22 nəfər ölüb. Paytaxtın yaxınlığındakı Latakiya, Deraa və Xama və Deyr-əz-Zor şəhərlərində də vəziyyət gərgindir.

Suriyadakı müxalifə Milli Şuranın nümayəndəsi İmad Rəşid hakimiyyəti daxili siyasi böhranın aradan qaldırılması üzrə “yol xəritəsi”nə əməl etməməkdə günahlandırıb. “Yol xəritəsi” noyabrın 2-də Qahirədə Ərəb Dövlətləri Liqasının iclasında təsdiqlənib. Plan Suriya hakimiyyətindən etiraz aksiyalarını zorla yatırılmasından çəkinməyi, saxlanılan nümayişçiləri azadlığa buraxmağı və qoşunları şəhərlərdən çıxarmağı tələb edir.

ANS PRESS