Bəşər Əsəd Suriyanın qızıllarını satır

beser-esed-suriyanin-qizillarini-satir
Oxunma sayı: 671

“Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən xəbərinə görə, Surya prezidenti qızıl ehtiyatlarını Dubay bazarında satışa çıxardığı iddia edilir.

İsrail xüsusi xidmət orqanarına yaxınlığı ilə tanınan və sensasion xəbərləri ilə məşhur “DEBKAfile” internet qəzetinin məlumatına görə, Çin hökuməti Suriya rejimiylə məsafə saxladığını göstərmək üçün sözügedən təklifi rədd edib.

Tunis prezidenti Munsif Marzuki Bəşər Əsədi hakimiyyətdən əl çəkməyə çağırıb. “Əl-Hayat” qəzetinə müsahibə verən Suriya prezidentinin sonda “ölü, ya da diri” gedəcəyini söyləyib. Marzuki “Əsədi müdafiə etmək mümkün deyil, özü də artıq tükəndiyini anlamalıdr”, deyib.

Suriya ordusunun dünən keçirdiyi əməliyyatda 15 nəfərdən çox insanın həlak olduğu xəbər verilir.