Bəşər Əsəd yenə sözündən qaçdı

beser-esed-yene-sozunden-qacdi
Oxunma sayı: 660

“Qaqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Bəşər Əsədin Rusiyanın xarici işlər naziri Sergey Lavrova atəşi dayandıracağı barədə verdiyi sözə əməl etməyib.
Suriya hökumət qüvvələrinin açdığı atəşlər nəticəsində içərisində körpə uşaqların da olduğu 117 nəfər həlak olub.
Ən şiddətli döyüşlərin Homs şəhərində getdyi xəbər verilir. Son bir sutka ərzində bu şəhərdə 50 nəfər öldürülüb.
Müxalifət nümayəndələri xəbər verib ki, Bəşər Əsədin nəzarətində olan hərbçilər 3 ayrı-ayrı şəhərdə həyata keçirdiyi basqın nəticəsində 3 ailəni tamamilə qətlə yetiriblər. Müxaliflər hökumət qüvvələrnin şəhərə tanklala girdiyini bildiriblər.