Bəşər Əsədə böyük zərbə

beser-esede-boyuk-zerbe
Oxunma sayı: 670

“Suriyanın dostları” qrupuna ABŞ, Avropa Birliyi və ərəb Liqasına daxil olan ölkələr qoşulub. 60 dövlətin təmsilçisinin qatıldığı konfransda Suriya prezidenti Bashar Assadı BMT-nin xüsusi elçisi Kofi Annanın təklif etdiyi sülh planının yerinə yetiriləməsinin vaxtını müəyyən etməyə çağırılıb və xüsusi qətnamə qəbul olunub.

Konfrans iştirakçıları həmçinin Suriya ordusunu xalqa atəş açmamağa, prezidentin bu cür əmrlərinə tabe olmamağa çağırıblar. Müxalifətin yaratdığı milli Şura Bashar Assad rejiminə qarşı mübarizə aparan döyüşçülərə maaş veriləcəyini bildirib.

Səudiyyə Ərəbistanı və bir neçə Fars körfəzi ölkələri bu məqsədlə xüsusi fond yaradılacağını bəyan ediblər.