Bəşər Əsədə lüks sürgün təklifi

beser-esede-luks-surgun-teklifi
Oxunma sayı: 710

"Qafqazinfo"nun xarici mətbuata əsasən yaydığı xəbərə görə, ABŞ prezidenti Barak Obama Əsədin xeyri üçün onun ölkədən ayrılmasını məsləhət görüb. Obama sürgün adıyla da olsa, Suriya rəhbərinin ailəsi ilə birlikdə Rusiyaya yerləşməsini təklif edib. Əgər Əsəd bu təklif ilə razılaşarsa, onun mal varidatına toxunulmayacaq və malik olduğu mal varlığı ilə birlikdə ona əlavə yüklü pul da veriləcək. ABŞ rəhbəri lüks təklifi qəbul etməzsə, Bəşər Əsədin sonunun heç də yaxşı olmayacağını bildirib.

Yeri gəlmişkən qeyd edək ki, ötən həftə Suriya ordusunun ölkənin bir neçə kəndində törətdiyi qətliamla əlaqədar BMT-nin bu ölkəyə məsuliyyət daşıyan təmsilçisi Kofi Annan da oradadır. Yaxında "Suriya dostları" toplantısının da çağırılacağı gözlənilir.


Raminə