Bəşər Əsədin ən son görüntüləri yayıldı - Fotolar

beser-esedin-en-son-goruntuleri-yayildi-fotolar
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, bu gün Şamda qeydə alınan görüntülər prezident Əsədin ölkənin yeni müdafiə naziri general Fehd Casim Əl Fericin andiçmə mərasimindən çəkilib. Suriya Milli Təhlükəsizlik binasına edilən hücumdan sonra haqqında ilk dəfə xəbər alınan dövlət başçısının görüntülərini ölkənin dövlət televiziyası yayımlayıb.
Əsədin ən yaxın məsləhətçilərindən biri AFP xəbər agentliyinə açıqlamasında onun Dəməşq, prezident sarayında olduğunu və öz dəstəsi ilə birgə ölkəsinin taleyi ilə bağlı qərar qəbul etdiyini söyləyib.

Hizbullah təşkilatına yaxınlığı ilə tanınan Əl-Manar televiziyası isə Əsədin axşam saatlarında xalqa səslənəcəyini bildirsə də, Suriya lideri hələ də ictimaiyyət qarşısına çıxmayıb.