Bəşər Əsədin eşqbazlığı ortaya çıxdı

beser-esedin-esqbazligi-ortaya-cixdi
Oxunma sayı: 666

“Qaqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, bu yazışmalarda Bəşər Əsədin xanımı Əsmanın ölkə xaricindən minlərə dollarlıq ayaqqabı sifariş etdiyi ortaya çıxıb.

Dünən “Sunday Times” qəzeti tərəfindən yayınlanan son mesajlar isə Əsədin üç qadınla gizli sevgi yaşadğı iddialarına səbəb olub. Mesajlara görə, Bəşər Əsədin pərəstişkarlarından biri dövlət başçısının ictimai əlaqələr üzrə müşaviri 20 yaşlı Şəhrizad Cəfəridir. Suriyanın BMT-dəki səfirinin qızı olan Cəfəri ötən ilin 27 noyabrında göndərdiyi mesajında “Əsədi çox sevdiyini, onun həsrətini çəkdiyini” yazıb. Bəşər Əsədin yenə eyni yaşlarda olan başqa müşaviri Hadel əl-Əli isə göndərdiyi e-maildə prezidentin gənclik şəkillərindən birinə işarə edib, yazır: “Burda çox şirinsən”.

Bəşər Əsədin pərəstişkarı olan üçüncü qadın isə Raşa Muake adlı bir dizaynerdir. Muakenin Əsədə göndərdiyi bir mesajda ərəb əlifbasıyla “səni sevirəm” yazır. Bundan əlavə, prezidentə “Sənsiz yaşamaq istəmirəm” deyərək, bağlılığını dilə gətirir.

Dünən bir qadının Bəşər Əsədə ağ alt paltarında fotoşəklini göndərdiyi ortaya çıxıb. Həmin qadının üzü divara olduğu üçün kim olduğu bilinmir. Ancaq bu qadının da Muake ola biləcəyi iddia edilir.