Bəşəriyyət tarixində bir ilk reallaşacaq

beseriyyet-tarixinde-bir-ilk-reallasacaq
Oxunma sayı: 661

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) tərəfindən Günəş sistemini tədqiq etmək üçün 1977-ci ildə kosmosa göndərilən “Voyacer-1” kosmik gəmisi sistemin “sərhəd”inə çatıb. 34 ildə 17 milyard 700 milyon kilometr məsafə qət edən “Voyacer-1” yaxın zamanlarda Günəş sistemindən kənara çıxan insan istehsalı olan ilk vasitə olacaq.
NASA əməkdaşları “Voyacer-1”-in əslində Yupiter və Saturn planetlərini tədqiq etmək üçün kosmosa göndərildiyini bildirərək, kosmik gəminin sözügedən müddətdə Yupiterin peyki İodakı yanardağları və Saturnun halqaları arasındakı fərqləri müəyyən etdiyini qeyd ediblər. Alimlər “Voyacer-1”in fəaliyyətini başa vurduqdan sonra “təqaüd”ə getmədiyini və “əkiz qardaş”ı “Voyacer-2” ilə Günəş sistemini kəşf etməkdə davam etdiyini deyiblər.
NASA-nın açıqlamasında “Voyacer-1”-in bir neçə ay ərzində Günəş sistemindən kənara çıxmasının və Süd yolu qalaktikasının böyük bir hissəsini təşkil edən ulduzlararası sistemə daxil olacağının gözlənildiyi qeyd edilib.

AzeriMuslims