Bəşəriyyətin 11 sentyabr faciəsi Hüseyn Abdullayevin təqdimatında – Eksklüziv video

beseriyyetin-11-sentyabr-faciesi-huseyn-abdullayevin-teqdimatinda-ekskluziv-video
Oxunma sayı: 792

“Oğuz Eli” İctimai Birliyinin rəhbəri, sabiq millət vəkili Hüseyn Abdullayev Amerikada baş vermiş 11 sentyabr faciəsinə əsər yazıb. “Qafqazinfo” həmin əsəri əldə edib və eksklüziv olaraq bu gün oxucularına təqdim edir. Qeyd etdiyimiz kimi Amerikada 2001-ci ilin 11 sentyabrında baş verən bu faciəyə həsr olunan əsər Moskva Dövlət Simfonik Orkestrinin 100 nəfərlik heyəti tərəfindən ifa edilib. Əsərdə 11 sentyabr hadisələri ilə bağlı indiyədək heç bir yerdə göstərilməyən kadrlar da yer alıb. Hüseyn Abullayevin bu simfonik əsərində hadisələr lap əvvəldən, dünyanın düz vaxtından, hər şeyin qaydasında olduğu bir dövrdən başlayır. Sonra birdən birə hər şey dəyişir və dünyanı bu gün də lərzəyə salan həmin terror hadisəsi baş verir. Maraqlı məqamlardan biri də əsərdə hadisədən sonrakı dövrün əks olunması, terror üzərində qətiyyətli mübarizə də əksini tapıb.

Sabah bütün dünya 11 sentyabr hadisəsinin ildönümünü qeyd eləyəcək. Amerikada baş vermiş faciəyə azərbaycanlı tərəfindən bu şəkildə qiymət verilməsi çox təsiredici və önəmlidir. Görünür bu əsəri təsirli edən Azərbaycanın da terrordan əziyyət çəkən bir ölkə olması, buna bənzər hissləri bizim də yaşamağımızdır...

Bu yerdə heç bir şərh vermədən əsəri təqdim edirik. Buyurub özünüz qiymətləndirin.

huseyna.flv