“Beşiktaş”lı futbolçunun qızını oğurlamaq istədilər

besiktasli-futbolcunun-qizini-ogurlamaq-istediler
Oxunma sayı: 636

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə futbolçunun xanımı Andreya Almeydanın yanında baş verib.

Belə ki, Andreya 4 yaşlı qızı Matilde ilə birlikdə İstanbul Sultanahmed meydanına gəzintiyə çıxıb. Sultanahmed Camisinə çıxmaq istəyərkən bir neçə dəqiqəlik qızının yanından uzaqlaşan xanım Almeyda qayıtdıqda bir qadının Matildeni qaçırtmağa cəhd etdiyini görüb. Ayça adlı həmin şəxs polis nəzarətinə alınıb.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Ceyhun Əhmədov